Krımın cənub-şərqindəki Feodosiya şəhərindəki neft bazası vurulub. Bundan sonra bazada güclü partlayışlarla müşayiət olunan yanğın başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yanğınla əlaqədar bölgədə texnogen fövqəladə vəziyyət rejimi tətbiq edilib: "Feodosiya Şəhər Administrasiyasının Mülki Müdafiə və Fövqəladə Hallar Departamentinin məlumatına görə, bələdiyyə xarakterli texnogen fövqəladə vəziyyət rejimi tətbiq edilib".
Krım rəhbərinin müşaviri Oleq Kryuçkov isə öz "Telegram" kanalında dərc olunan rəsmi məlumatı təkzib edib. Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı iclas keçirilməyib.
Ağarza Elçinoğlu