İran rəsmiləri ötən həftə Beyruta edilən hücumlardan sonra İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı İsmayıl Kaanidən heç bir xəbər olmadığını açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Hizbullah" lideri Həsən Nəsrullahın keçən ay İsrailin hava hücumunda öldürülməsindən sonra İsmayıl Kani Livana gedib.
O zamandan bəri İranın Qüds Qüvvələrinin komandiri Kaanidən xəbər alınmayıb.
"Reuters" xəbər agentliyinə danışan iranlı rəsmilərdən biri hücumun Hizbullahın yüksək rütbəli rəsmisi Haşim Seyfəddini hədəf aldığı bildirilərkən Kaninin Beyrutun Dahiyə rayonunda olduğunu, lakin o zaman Seyfəddinlə görüşmədiyini qeyd edib. Rəsmi bildirib ki, o vaxtdan bəri İran və "Hizbullah" Kaani ilə əlaqə saxlaya bilməyib.
Nəsrullahın mümkün varisi Seyfəddinlə də cümə günündən bəri əlaqə saxlanmadığı bildirilib.
İsrail İranın dəstəklədiyi "Hizbullah"a qarşı kampaniyasında Dahiyədəki bir çox hədəfi vurur. İsrail ordusunun sözçüsü polkovnik-leytenant Nadav Şoşani, Kaaninin Beyrutda İsrailin hücumu nəticəsində öldürülə biləcəyi ilə bağlı xəbərlər barədə suala cavab olaraq, hücumların nəticələrinin hələ də qiymətləndirildiyini bildirib.
İsmayıl Kaani 2020-ci ildə ABŞ tərəfindən öldürülən Qasım Süleymaninin varisi idi.
Gülayə Mecid