Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, bu barədə “Pul First” Telegram kanalında məlumat verilib.
Siyasətçi oktyabrın 8-də MDB üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
"Sammitin gündəliyi çox genişdir. Gözlənilir ki, Birlik ölkələrinin liderləri təhlükəsizlik, yüksək texnologiyalar, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqla bağlı məsələləri nəzərdən keçirəcəklər", - nəşr yazır.