Hindistanda oktyabr ayının 6-da baş tutan Çennay aviaşousu zamanı izdiham və susuzluq nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.
Məlumata görə, faciə Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümünə həsr olunmuş tədbir zamanı baş verib. Təyyarələrin nümayiş uçuşlarına baxmaq üçün iki metr uzunluğundakı Marina çimərliyinə 1,2 milyon tamaşaçı toplaşıb.
Hakimiyyət və təşkilatçılar insanların bu cür toplaşmasına hazır olmayıblar. Mərasimin sonunda çıxışın yaxınlığında xaos və izdiham yaranıb, nəticədə 3 nəfər ölüb, 40 tamaşaçı yaralanıb və xəstəxanaya yerləşdirilib. Hava şousu zamanı 36 dərəcə istidə 150 ziyarətçi susuzluq səbəbindən təcili tibbi yardıma müraciət edib. Onlardan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Ağarza Elçinoğlu