Malayziyada qeyri-adi hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kişi pulunu itirib, arvadının qorxusundan isə oğurlandığını deyib. 25 yaşlı gənc polisə müraciət edərək bildirib ki, iki nəfər motosikletlə ona hücum edib və pullarını oğurlayıb.
Lakin araşdırma zamanı məlum olub ki, belə bir cinayət yoxdur. Kişi etiraf edib ki, pulu özü itirib və arvadının buna görə onu danlayacağından qorxduğu üçün polisi aldadıb. İndi 25 yaşlı kişini həbs cəzası gözləyir və polis bir daha insanlara yalan məlumatlara görə məsuliyyət barədə xəbərdarlıq edib.
Seymur Əli