Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu alacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
"Humanitar məsələlər bloku çərçivəsində MDB liderlərinin Moskva sammitində Laçın şəhərinə 2026-cı ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçirəcəklər" – deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi deyib.
Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.