Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, onun “qələbə planı” əvvəlcə ölkənin bütün tərəfdaşlarına təqdim olunacaq, təkmilləşdiriləcək, sonra isə ictimaiyyətə açıqlanacaq.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, perspektiv ölkədə hər kəsə aydın olmalıdır.
"Tərəfdaşlarımızın bütün mövqelərini, Ukrayna üçün bütün real imkanları başa düşərək, qələbə planımızı gücləndirərək, gələcək fəaliyyət strategiyamızı ictimaiyyətə açıqlayacağıq", - deyə Zelenski qeyd edib.