Radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun fasilədən sonra əlaqəyə çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Walla portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.
Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki HƏMAS nümayəndələri ilə əlaqəni bərpa edib və onlara mesajlar çatdırıb. İsrail rəsmisi bildirib ki, HƏMAS liderinin mesajları dəqiq nə vaxt göndərdiyi məlum deyil, lakin qeyd edib ki, onun ismarıcları Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşaldılmasına işarə etmir.
Xatırladaq ki, ABŞ Respublikaçılar Partiyasının senatoru Lindsi Qraham HƏMAS-ın yeni Siyasi Bürosunun rəhbəri Yəhya əs-Sinvarı öldürməklə hədələmişdi.