Meksikanın şəhər meri vəzifəyə başladıqdan 6 gün sonra öldürülüb.
"Unikal" xəbər verir ki, 43 yaşlı Alexandro Arkos sentyabrın 30-da Qerrero ştatının paytaxtı Çilpansinqo şəhərinin meri vəzifəsinə təyin olunduqdan 6 gün sonra oktyabrın 6-da öldürülüb.
Alexandro Arkosun kəsilmiş başını əks etdirən fotoşəkillər "WhatsApp"da yayılmağa başlayıb.
Alexandro Arkos şəhər şurasının yeni katibi Fransisko Tapiyanın Çilpansinqoda güllələnməsindən üç gün sonra öldürülüb.