Rusiya Federasiyasında xərçəngə qarşı peyvəndin sınaqlarına başlanılacaq.
"Unikal" xəbər verir ki, bu barədə rusiyalı bioloq Vyaçeslav Kosorukov məlumat verib.
"Ya tam hüquqlu klinik sınaqlar, ya da sözdə klinik istisna tədqiqatları ola bilər", - deyə həkim izah edib.
Peyvənd əməliyyatdan sonra müalicənin bir hissəsi kimi artıq diaqnoz qoyulmuş insanlara veriləcək. Onun genomuna və şişin genomuna əsasən hər bir xəstə üçün fərdi olaraq seçiləcək. Peyvəndin məqsədi şişlərin çıxarılmasından sonra residivin qarşısını almaq olacaq.
Peyvənd bütün xərçəng növləri üçün təsirli deyil, yalnız bəziləri üçün - bunlara artıq melanoma, sonra ağciyər xərçəngi, mədə-bağırsaq xərçənginin bəzi növləri və bəlkə də böyrək xərçəngi daxildir.
Gülayə Mecid