Rusiyanın Yakutiya vilayətinin Neryunqri bölgəsindəki şaxtada qaya çökməsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Neryunqri bölgəsindəki “Vostochnaya Denisovskaya” mədənində şaxta çökməsi baş verib. Fövqəladə vəziyyət zonasında 4 nəfər olub: 3 nəfər təxliyə edilib, digəri dağıntılar altında qalaraq ölüb", - məlumatda deyilir.
Xilasetmə işlərinə ümumilikdə 16 nəfər və 3 texnika cəlb olunub.
Ağarza Elçinoğlu