Beyruta və Dəməşqə səfərimin mesajı aydın idi və bu, müqavimət hərəkatına dəstək idi.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Müqavimət yolu çoxlu qurbanlar verib, lakin onun yolu davam edəcək. Sionist rejimə deyirik ki, bizim iradəmizi sınamayın. İstənilən səhvə cavab sərt olacaq və buna müvafiq və qəti cavab veriləcək", - diplomat deyib.
O vurğulayıb ki, İran İslam Respublikasının infrastruktur obyektlərinə edilən istənilən hücum mütləq daha sərt cavabla qarşılanacaq: "Düşmənlər İran üçün hansı hədəflərin mövcud olduğunu bilirlər və bizim raketlərimizin gücünü və dəqiqliyini görüblər".
Ağarza Elçinoğlu