Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK/YPJ terror təşkilatına qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, bu barədə MİT məlumat yayıb.
Bildirilir ki, Amude bölgəsində sözdə məsul səviyyədə fəaliyyət göstərən "Jinda Gundikramo" kod adlı Hezal Belgen dəqiq əməliyyatla zərərsizləşdirilib.
"Terrorçuluq üçün Axtarılanlar Siyahısı"nda boz kateqoriyaya düşən Hezal Belge uzun müddətdir PKK/YPJ tərkibində fəaliyyət göstərirdi. PKK terrorçusu Belge PKK-nın Suriyadakı qadın hərbi qanadı olan YPJ-nin tərkibində fəaliyyət göstərirdi.