Telegram messenceri "Durov run" adlı oyunu işə istifadəçilərin ixtiyarına verib.

"Unikal" xəbər verir ki, oyun platformanın yaradıcısı Pavel Durovun həyat və karyerasına həsr olunub.

Layihə oktyabrın 10-da, Durovun doğum günündə istifadəyə verilib.

"Durov run"da oyunçular baş qəhrəmanın təcrübəsini yaşayırlar. Onlar Durovun yaşadığı və işlədiyi yerlərdə özlərini tapır, oradakı maneələrdən qaçır, bonuslar toplayır və mümkün qədər uzun müddət oyunda qalmağa çalışırlar.

Oyuna qoyulan investisiyalar 300 min dollar təşkil edib.