Oktyabrın 12-də  saat 22 radələrində Xaçmaz rayon Köhnə Xudat kənd sakini, nitq qüsurlu A.Qəribovun həmkəmdlisi, əvvəllər məhkum olunmuş E.Musayev tərəfindən döyülməsi ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. 

"Unikal" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov bildirib. Qeyd edib ki, əməli törədən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəydən asılı olaraq xəsarətin dərəcəsi müəyyən olunmaqla əmələ hüquqi qiymət veriləcəkdir.

XXX

12 oktyabr 23:38

Xaçmazda fiziki qüsurlu kişi döyülüb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Akif Qədirov naməlum şəxs vəya şəxslər tərəfindən döyülüb. 

Qeyd edək ki, A.Qədirov mənzildə tək yaşayır. Keçirdiyi xəstəlikdən fiziki qüsurludur. 

O, qardaşı tərəfindən xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xanlar Qaraca