KXDR hakimiyyəti Cənubi Koreya ilə iki dövləti birləşdirmək üçün tikilmiş istifadəsiz yolların bir hissəsini dağıtmaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Agentlik Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü Lee Sung Joon-dan sitat gətirib: "Onlar yola ekranlar quraşdırıblar və onların arxasında işləyirlər, yolları partlatmağa hazırlaşırlar" .

Materialın müəlliflərinin fikrincə, bu yolla Şimali Koreya lideri Kim Çen In ölkənin birləşməsi üçün sülh planından imtina etmək kursu aparır. Öz növbəsində, Pxenyan vurğulayır ki, sərhəddə artilleriya hazırlığının artırılması ilə üst-üstə düşən bu tədbirlər Seulun pilotsuz uçuş aparatlarını göndərməsinə cavab idi.

Gülayə  Mecid