Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyə Respublikasının Balıkesir Universiteti arasında imzalanan Anlaşma Memorandumu elm, tədris, mədəni sahələrdə sıx əməkdaşlığın qurulmasına təkan verməklə bərabər, müştərək layihə və tədqiqatların aparılmasına, o cümlədən tələbə-müəllim mübadiləsinə imkan yaradacaq.
"Unikal" xəbər verir ki, imzalanma mərasimində çıxış edən edən ATMU-nun rektoru İlham Mədətov və Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu mədəniyyətlərarası əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində anlaşma memorandumunun vəsilə olacağına, birgə layihə və tədqiqatların aparılmasını isə akademik mühiti daha da zənginləşdirəcəyinə inam ifadə ediblər.
Rektor İ.Mədətov diqqətə çatdırıb ki, Türkiyə Cümhuriyyətinin Balıkesir Universiteti ilə imzalanan memorandum ATMU və Balıkesir Universitetinin çoxşaxəli fəaliyyətini təsdiqləməklə, gələcəkdə daha əhəmiyyətli layihələrin işlənib hazırlanmasına təkan verəcək.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Balıkesir Universiteti ilə Anlaşma memorandumunun imzalanma mərasimində ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Balıkesir Universitetinin prorektorları Murat Doğdubay, Fatih Satıl, Beynəlxalq əlaqələr üzrə prorektoru Cevdet Avcıkurt, Turizm fakültəsi dekanı Ahmet Köroğlu, Beynəlxalq Əlaqələr Araşdırma və Uygulama Mərkəzinin müdiri Seda Şahin və mərkəz əməkdaşları Ece Kanbur, Hediye Günay iştirak ediblər.