Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının 3-cü kurs tələbəsi Həsən Abbasov və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının builki məzunu Niyyət Rzayev “Azərkosmos” və Codelandia Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən “GeoPark Innovate Hackathon: Milli Parklarda Rəqəmsal İnnovasiyalar" hakatonunda qaliblər sırasında yer alıb.
"Unikal" xəbər verir ki, “Ümumdünya Kosmos Həftəsi-2024” çərçivəsində keçirilən və yerin kosmosdan müşahidəsinə həsr olunan hakatonda BMU-nun tələbə və məzunu 3-cü yeri qazanıb.
Hakaton çərçivəsində istedadlı gənclər bir araya gələrək milli parklarımızın rəqəmsal xəritəsini yaratmaq üçün innovativ həllər təqdim ediblər. Ölkəmizdə ilk dəfə keçirilən hakaton və bu təşəbbüs Azərbaycanın ekosistemində texnologiya innovasiyaları üçün yeni imkanlar yaradaraq davamlı inkişafa töhfə verməyi hədəfləyir.