Azərbaycan Alpinizm Federasiyası tərəfindən 12 oktyabr 2024-cü il tarixində yeniyetmə və gənclər arasında idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan Açıq Respublika Turniri yekunlaşıb.

"Unikal" xəbər verir ki, yarışda müxtəlif yaş qruplarına aid idmançılar öz bacarıqlarını nümayiş etdirərək qüvvələrini sınayıblar. 

Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda 1-ci yerin qalibləri Nazim Yusifzadə, Aliya İbrahimbəyova, Rəsul Nəsir, Emiliya Adigamova və Rozliya Dubençova, 2-ci yerin qalibləri Fərhad Babayev, Xədicəyi Kübra Axundlu, Anatoliy Meniailov, Angelina Yermak, Soel Kim, 3-cü yerin qalibləri Salima Əliyeva, Murad İbrahimli, Həvva Yambulatova və Dəniz Əliyeva olub. Gərgin, maraqlı və həyəcanlı keçən yarışın sonunda qaliblər mükafatlandırılıb. 

Azərbaycan Alpinizm Federasiyasının Mətbuat xidməti