İki kollecə direktor müavinləri təyin olunub.
Bu barədə "Unikal"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, agentliyin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.