Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nəsimi rayon idarəsinə yeni rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə Elxan Feyziyev təyinat alıb.

Xatırladaq ki, E.Feyziyev daha əvvəl SHXÇDX-nin Ağdam və Nizami rayon idarələrinin rəisi olub.

Murad İbrahimli