Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.

Q.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli