Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
10. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
14. Zərifə Əliyeva küçəsində;
15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
18. Abdulla Şaiq küçəsi, Dövlət Statistika Komitəsi istiqamətində;
19. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
20. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
21. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
22. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.