Azərbaycanda minatəmizləmə əməliyyatı zamanı həyatını itirən minaaxataranlara şəhid statusunun verilməsi təklif olunur.
"Unikal" xəbər verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov çıxış edib.
"İki ay bundan əvvəl azad edilmiş ərazilərdə ilk dəfə olaraq həmkarımız tələ minanın zərərizləşdirilməsi zamanı həlak oldu. ANAMA kollketivə bizə müraciət etdi ki, minatəmizləmə zamanı həlak olan şəxslərə xüsusi status verilsin. Qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı minatəmizləmə zamanı həlak olanlara da şəhid adının verilməsi məsələsini qaldırmağı xahiş edirəm", - deyə B.Məmmədov bildirib.
Anar Kəlbiyev