Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədrinin baş müşaviri, Əhməd Cavad İnstitunun direktoru Ruhi Ersoy Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib.
"Unikal" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Ağakərim İbrahimova Allahdan rəhmət diləyir, ailəsinə, qardaş Azərbaycan türklərinə və Türk Dünyasına başsağlığı, səbr diləyirik", - MHP rəsmisi yazıb.