Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Abbas Hüseynovun toyu baş tutub.
"Unikal" xəbər verir ki, o, məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə ailə həyatı qurub.
Toy Bakıdakı restoranların birində təşkil olunub.
Qurbanovların şad günündə ailənin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları iştirak edib.