Sosial şəbəkədə müəllimlə təhsil sektorunun müdiri arasında mübahisəni əks etdirən video yayımlanıb.
Məsələ ilə Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, 16 sentyabr 2024-cü il tarixində Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadənin xidməti otağına daxil olaraq onun icazəsi olmadan video çəkiliş aparılıb:
"Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Gədəbəy rayon İnəkboğan kənd tam orta məktəbinin tarix müəllimi Validə Cəfərovadır. Validə Cəfərova ona ayrılan dərs saatlarının az olduğunu iddia edərək artırılmasını tələb edib. Bildiririk ki, Validə Cəfərova diaqnostik qiymətləndirmədə ixtisası üzrə topladığı bala uyğun olaraq dərs saatı ilə təmin edilib. Qeyd edirik ki, Validə Cəfərova “Təhsilverənlərin etik davranış Qaydaları”nın prinsiplərini pozduğuna görə barəsində məktəb direktoru tərəfindən intizam tənbeh tədbiri görülüb.
Məsələ Agentlik tərəfindən nəzarətə götürülüb, hazırda bu istiqamətdə araşdırma aparılır".
Murad İbrahimli