Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Stanislav Çerçesovu qazax dili ilə bağlı zarafatına görə 738 min 400 tenge (təxminən 2630 manat) cərimələyib.
"Unikal" xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Cərimə etnik tənzimləmə çərçivəsində təyin edilib.
Oktyabrın 13-də Millətlər Liqasında Sloveniyaya uduzduqdan (0:1) sonra Fransa klubu PSJ-nin formasını geyinən qazaxıstanlı jurnalistlərdən biri rusiyalı mütəxəssisə sual verib. O, jurnalistə cavabında "indi fransızca danışırsan?" deyə cavab verib.
Turizm və İdman Nazirliyi hadisəyə münasibət bildirib və izahat tələb edib. Futbol Federasiyası izah edi ki, bu zarafatdır və Çerçesov qazax dilinə böyük hörmət bəsləyir.
Ağarza Elçinoğlu