Şirvanda 2 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb.
"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Şirvan sakini, 2022-ci il təvəllüdlü Ə.B binanın 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb. Azyaşlı kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.