Şəmkirdə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “SCANIA” markalı yük maşını yoldan çıxaraq beton ara kəsməyə çırpılıb. Xoşbəxtlikdən hadisə vaxtı xəsarət alan olmayıb.

Qəza nəticəsində yük avtomobilinə və yol təsərrüfarına ziyan dəyib. Faktla bağlı dövlət yol polisi idarəsində araşdırma aparılır.

Tural Əhmədov