Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş zamanı qərara alınıb.
Həmçinin iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün təlimat verilib.