Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Kamaz" markalı yük avtomobili yolun kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Anar Kəlbiyev