Şabranda kanalda kişi meyiti aşkarlanıb.
“Unikal”ın Şimal bürosunun məlumatına görə, Samur – Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Meyitin sudan çıxarılması prosesi həyata keçirilir. Suda aşkarlanmış kişi cinsinə məxsus cəsədin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca