Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə dəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, nəticədə “VAZ”-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
XXX
10:31
Qəbələ də avtomobil qəzası baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.
İlkin məlumata əsasən, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər də ağır bədən xəsarəti alıb.