Mingəçevirdə yol qəzası olub, yaralananlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bayraq Meydanında baş verib. "Hyundai" və  "Vaz 21015" markalı avtomobillərin toqquşması nəticəsində biri yaşlı qadın olmaqla iki nəfər xəsarət alıb. Xəsarət alanlar 1968-ci il təvəllüdlü Elman Orucov, 1959-cu il təvəllüdlü Bəsti Məmmədovadır. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov