Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.

Nəticədə “KIA”-nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib. Araşdırma aparılır.