Xaçmaz rayonunda göbələkdən zəhərlənən ikinci qadın da ölüb.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 24-ü saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü iki qadın göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü qadının xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
1985-ci il təvəllüdlü qadın isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
***
Xaçmazda iki qadın göbələkdən zəhərlənib.
"Unikal" xəbər verir ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.
Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.