Ruben Amorim "Mançester Yunayted"in yeni baş məşqçisi təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Portuqaliyalı çalışdırıcının "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Tərəflər arasında müqavilənin daha bir mövsüm uzadılması ehtimalı da var.
Amorim noyabrın 11-də komanda ilə işə başlayacaq və o vaxta qədər komandanı Ruud van Nistelroy idarə edəcək.
Ağarza Elçinoğlu