Rusiyalı iş adamı Vasili Kuçumov itmiş pişiyini axtarır.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Barsik Permdə yoxa çıxıb
O, noyabrın 1-nə keçən gecə evdən qaçıb. Onun sahibi Vasili Kuçumov heyvanı tapana 100 min rubl mükafat verməyə hazırdır. Pişik gəlməkdən imtina edərsə, Vasili onun şəklini çəkməyi və çəkildiyi yerlə birlikdə göndərməyi təklif edir. Hazırda Permdə güclü qar yağır və sahibi pişiyin donmasından narahatdır.