Xəbər verdiyimiz kimi, Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 12-ci iclası keçirilir.
"Unikal" xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu iclasda iştirak etməyib.
O, bunun əvəzinə noyabrın 8-də Litvaya demokratiya forumuna getməyi seşib: "Noyabrın 8-də Qriqoryan Vilnüsə gedəcək və burada “Demokratiyanın gələcəyi” forumunda iştirak edəcək".
MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin iclasında Ermənistanı respublikanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyan təmsil edib.
Ağarza Elçinoğlu