Astarada kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisində Pensərçayda kişi meyiti tapılıb. Məlum olub ki, tapılan meyit bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarova məxsusdur.

A.Əliyarov balıqçı olub, ayın 14-də Pensərçayın üzərində tikilən körpünün altında balıq tutmaq üçün qırmaq atıb. Bu zaman onun ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəlil Əliyev