Dünya boksunun canlı əfsanəsi Mayk Tayson ilə tanınmış yutuber Ceyk Pol arasındakı döyüş yaddaqalan olub.
"Unikal" xəbər verir ki, görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub. Döyüşü 108 milyondan çox insan televiziya vasitəsilə izləyib.
Təkcə ABŞ-da 38 milyon nəfər boks gecəsinə maraq göstərib. Statistikaya əsasən, ölkədə televiziyaya baxan insanların 56 faizi Tayson ilə Polun döyüşünə şahidlik edib.
Qeyd edək ki, qarşılaşma Ceyk Polun qələbəsi ilə yekunlaşıb.