"Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı məsələ illərdir davam edir. Son illər bir neçə Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı dayandırılıb. Onlar narazılıqlarını bildirirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, həmin vətəndaşlar əlilliyinin dayandırlması ilə bağlı yenidən müraciət etdikdə, onlara mənfi cavab verilir:
"Mümkündürmü ki, həmin vətəndaşlar onlayn şəkildə deyil, vizual şəkildə qəbul olunsun və əlillikləri bir daha dəyərləndirilsin. Nəyə görə əlillikləri dayandırılıb birbaşa izah olunsun".
Anar Kəlbiyev