Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya brifinq zamanı naməlum zəng gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Diplomat zəngi açmağa məcbur olub və bundan sonra ona ballistik raketlərlə bağlı verilən suala cavab verməyib. 

Qeyd olunub ki, zəngdə Zaxarovaya balistik raket hücumları barədə şərh verməmək tələb edilib. 

"Brifinqdən əvvəl internetdəki ziddiyyətli materiallarla bağlı suallar var idi. Mütəxəssislərdən bu mövzumuz olub-olmadığını soruşdum. Cavab brifinq zamanı gəldi - Xarici İşlər Nazirliyi şərh vermir. Deməli, heç bir intriqa yoxdur", - deyə o bildirib.

XİN nümayəndəsi kimin ona zəng etməsi sualına "ekspert" deyə cavab verib. 

Qeyd edək ki, Rusiya bu gün ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raket atıb. 

Ağarza Elçinoğlu