"Qərb sivilizasiyasının beş yüz illik hökmranlığı dövrü başa çatıb. Qarşıdan Avrasiya əsri gəlir".
"Unikal" rbc.ru-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Macarıstan Milli Bankının təşkil etdiyi beşinci Avrasiya Forumunda çıxışı zamanı deyib.
Orbanın fikrincə, bütün dünyanın Qərb modelinə uyğun təşkil edilməsi və bütün xalqların iqtisadi, maliyyə faydaları müqabilində ona qoşulacağı ideyasının iflasa uğraması göz qabağındadır.
O vurğulayıb ki, Asiya dövlətləri daha da güclənib və müstəqil iqtisadi-siyasi güc mərkəzləri kimi inkişaf etməklə ayaqda qalmaq iqtidarında olduqlarını sübut ediblər.