Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında törətdikləri cinayətlərdə ittiham olunaraq həbs olunmalarına order verib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

20 may 2024-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan BCM-dən İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalan və üç Fələstinli HƏMAS liderinin həbsinə order verilməsini istəyib: Yəhya Sinvar, Məhəmməd Deif və İsmayıl Haniyə.

Xatırladaq ki, Sinvar və Haniyyə artıq İsrail xüsusi xidmət orqanları tərəfindən öldürülüb.

İsrail hakimiyyəti BCM-nin ittihamlarını sərt şəkildə tənqid edib. Eyni zamanda Netanyahu bildirib ki, bu, İsrailin HƏMAS-ı məhv etməsinə mane olmayacaq. İsrail Xarici İşlər Nazirliyi hadisəni tarixi biabırçılıq adlandırıb.

Ağarza Elçinoğlu