Cənubi Qafqazda daimi sülh bu gün həmişəkindən daha yaxındır.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 

“Şübhəsiz ki, bu məqama çatmağın əsası ondan ibarətdir ki, qardaş Azərbaycan Qarabağda öz torpaqlarının işğalına son qoydu. Biz Azərbaycanla ikitərəfli əlaqələrimizi nümunəvi səviyyədə davam etdiririk. Biz bir çox beynəlxalq problemlərin həlli yollarını tapmağa birgə çalışırıq. Müharibədən sonra Ermənistan öz üstünlüyündən sülh və sabitlik üçün istifadə etmək qərarına gəldi. Sevindirici haldır ki, belə davam edir. Biz həm Azərbaycanı, həm də Ermənistanı bu tarixi fürsəti əldən verməməyə çağırırıq”, - deyə Fidan qeyd edib.