Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, yığma səfərdə İrlandiyanın qonağı olub. Dublin şəhərində keçirilən qarşılaşma rəqibin 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komanda növbəti görüşünü noyabrın 24-də doğma meydanda İsveçrə seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl keçirdiyi oyunlarda səfərdə İsveçrəyə 72:53 hesabı ilə məğlub olub, evdə isə Kosovoya qalib gəlib - 87:77.