COP29 insanlara fərqli ümidlər vəd edir. İnanıram ki, tərəflər yeni maliyyə, həmçinin Paris Sazişinin altıncı maddəsinin qaydaları kimi mühüm məsələləri razılaşdıracaqlar.

"Unikal" xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında COP29 iştirakçısı, Yaponiyada Paris Sazişinin altıncı maddəsini həyata keçirən təşkilatın nümayəndəsi Yuji Muzino deyib. O, Yaponiyada da ekoloji problemlərin mövcud olduğunu deyib: “Ölkəmiz ekoloji problemləri həll etməyə çalışır. Yaponiya 2050-ci ilə qədər xalis sıfıra nail olmaq öhdəliyi götürmüş bir ölkə olaraq çox çalışır”.

Yuji Muzino COP29-dan mühüm nəticələr əldə ediləcəyinə ümid etdiyini deyib.