Oguzda yaşayış evi yanıb.
"Unikal"ın məlumatına görə, Oğuz rayon Bayan kənd ərazisində 1980-cı il təvəllüdlü Rəsulova Gülnarə Əliheydər qızına məxsus yaşayış evində yanğın baş verib. Yanğın yerinə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 63 kvadratmetr olan fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli